image-2000x150px
image-123
image-ads_atlas
image-diaspor-2backend

Bir millət, bir DİASPOR

image-728x90px

Doğru.az xəbər verir ki,  Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən Dağlıq Qarabağın Şuşa şəhərinə rəsmi səfəri zamanı iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi diaspor təşkilatlarının mövcud əməkdaşlığını daha da gücləndirdi.

Azərbaycanın və Türk dünyasının mədəniyyət beşiyi olan Şuşa şəhərində iki dost və qardaş ölkə – Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi, əlaqələrin daha çox şaxəli inkişafına gətirib çıxarılması gözlənilir.

Bəyannamədə, eyni zamanda, iki ölkənin diaspor təşkilatlarına beynəlxalq hüquq çərçivəsində gələcək fəaliyyətlərində daha əhatəli və intensiv əməkdaşlıq imkanı verilir.
Doğru.az Türkiyə mediasına istinadən bildirir ki, ümumi problemlərin birgə həlli zamanı Türkiyə və Azərbaycan diasporları arasında əməkdaşlıq nəticəsində münasibtlər daha sıx inkişaf etdiriləcək və ortaq problemlər qarşısında birlikdə hərəkət ediləcəkdir. Bundan əlavə, iki ölkənin diaspor təşkilatları Türkiyə və Azərbaycanın təbliğinə diqqət yetirərək tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasınnda mühüm rol oynayacaqdır.

Şuşa Bəyannaməsində diasporaların Türkiyə və Azərbaycanın regional və qlobal təsirinin artmasında mühüm rol oynadıqları bir daha təsdiqləndi. Bir millət, bir diaspora mövzusu ilə əlaqədar qiymətləndirmələr edən YTB prezidenti Abdullah Eren, hər sahədə olduğu kimi, diaspora sahəsində də Türkiyə ilə Azərbaycan arasında birliyi gücləndirməyə çalışdıqlarını ifadə etdi.

“Biz, iki ölkənin müvafiq diaspor qurumları olaraq, təhsil, tarix və mədəniyyət kimi bir çox sahələrdə əməkdaşlıq nümunəsi reallaşdırdıq” deyən Abdullah Eren, 44 günlük vətən müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarını həm qurumun və xaricdəki Türk vatandaşlarının bu mübarizədə Azərbaycan xalqının haqlı olduğunu bütün dünyaya elan etməyə çalışdıqlarını dilə gətirdi.

Abdullah Eren Türkiyə mediasına Qarabağ zəfəri ərəfəsində Bakıya gəldiyini bildirdi. “Azərbaycana səfərimiz zamanı bir daha qardaşlarımıza dəstək təklif etdik və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüş keçirdik. Komitənin sədri, əziz dostum Fuad Muradovla da sıx ünsiyyət və iş birliyimiz var. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin dostluq münasibətlərində ən yaxşı nümunə göstərdikləri birlik və işbirliyimizə bir millət, bir diaspor şüarı ilə həyata keçirəcəyimiz işlərimizlə qatqı təmin edəcəyik”.

DOĞRU.AZ

image-img-20210622-wa0038 image-diaspor-2

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki