image-n1karobka_ads
image-123
image-17476556767964936_1200x630backend

“Birbank Biznes” Qəbələdə sahibkarlarla görüş keçirdi

Azərbaycanın turizm mərkəzlərindən biri olan Qəbələ şəhərində sahibkarlar üçün növbəti tədbir təşkil olunub. Tədbir Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Dövlət Turizm Agentliyi və “Birbank Biznes” tərəfdaşlığı ilə keçirilib.

Doğru.az xəbər verir ki, “ASAN xidmət” Qəbələ mərkəzində baş tutan görüşə “Birbank Biznes” müştərisi olan və olmayan 40-a yaxın sahibkar qatılıb. Tədbirdə iştirakçılara “Birbank Biznes”in təqdim etdiyi məhsullar, maliyyə alətləri və rəqəmsal həllər haqqında ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıların ehtiyacları dinlənilib və gələcək yeniliklər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “Birbank Biznes” “Kapital Bank”ın sahibkarlara yönəlmiş brendidir və biznes sahiblərinə innovativ, rahat və sürətli bank xidmətləri təqdim edir. Sistem haqqında daha ətraflı məlumat almaq üçün birbank.business saytına daxil olmaq və ya 896 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki