image-n1karobka_ads
image-123
image-17607294993658224987_1200x630backend

Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub – FOTO

image-ad_qayo_720x110px

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.

Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna minnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə Raffaella Petrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb. Rafaella Petrini dəvətini məmnunluq hissi ilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-17607294994886062392_1200x630 image-17607294996010925091_1200x630 image-17607294991074158978_1200x630 image-17607294991557723541_1200x630 image-1760729499105561357_1200x630 image-17607294993979126744_1200x630 image-17607294993827344224_1200x630 image-17607294991945313335_1200x630 image-17607294991378610121_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki