Birlikdə şəhid olan əkiz qardaşlar – Videobackend

Birlikdə şəhid olan əkiz qardaşlar – Video

“Şükür, torpaqlar alındı, cüt balamın qanı yerdə qalmadı. Cüt əsgərliyə yola saldım. demişdim bir evləndirəvəm. Topatan idilər. deyridilər qorxma, ana gələcəyik”.

Doğru.az xəbər verir ki, bu sözləri əkiz şəhidlər Nazir və Tacirin Allahverdiyevlərin anası AzTV-yə müsahibəsində deyib.
Nazir və Tacir cəbhə zonasında yerləşən Ağdam rayonunun Çullu kəndində anadan olub. Qardaşlar cəbhəyə də eyni gündə gedib. Reportajda bildirilib ki, qardaşlar Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar.
İki şəhid övladını eyni gündə dəfn edən Nailə Allahverdiyeva deyir ki, oğullarının məzarı üzərinə gedib onlara gözaydınlığı verəcək. Əkiz qardaşların uğrunda şəhid olduqları torpaqlar artıq azaddır.

(axsam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki