BMT-nin baş katibi Antonio Quterreş Livan və İsrail sərhədindəki vəziyyətdən narahatlığını bildirib.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Baş katib Mavi xətt boyunca atışmaların sayının əhəmiyyətli dərəcədə artmasından dərin narahatdır. Bu hərəkətlər həm Livan, həm də İsrail əhalisini risk altında qoyur, həmçinin regional təhlükəsizlik və sabitliyi təhdid edir”.
Bundan əlavə, Quterreş İsrail və Livanı münaqişənin gərginliyini azaltmağa çağırıb.
Bundan əvvəl Livanın Hizbullah hərəkatı İsrailə qarşı ballistik raketlərdən istifadə etməyə hazır olduğunu bəyan etmişdi
Mənbə RİA Novosti