image-ads_n1karobka_mobile
image-69d3f1b0ae5ac974ed0a45d6backend

BMT Trampın İran açıqlamasından narahatdır

image-add-a-heading

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ-ın İranın mülki infrastrukturuna mümkün hücumlarının beynəlxalq hüququ pozacağını bildirib.

Doğru.az xəbər verir ki, bu barədə o, mediaya açıqlamasında danışıb.

Sözçü qeyd edib ki, sosial mediada səsləndirilən, elektrik stansiyaları, körpülər və digər obyektlərə zərbələrlə bağlı ritorika BMT-ni ciddi narahat edir. Onun sözlərinə görə, belə hücumlar beynəlxalq hüququn açıq pozuntusu hesab olunacaq.

Bundan əvvəl Donald Trump Tehranın Vaşinqtonun təklifinə verdiyi cavabın əhəmiyyətli olduğunu desə də, bunu kifayət hesab etmədiyini bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki