image-2000x150px
image-azerbaijan_airlines-_4k-az03-_airbus_a319-111backend

Bodrum – Bakı reysində GƏRGİN ANLAR

image-728x90px

Doğru.az xəbər verir ki, bu gün Azal Hava Yolları vasitəsilə Bodrumdan Bakıya uçan təyyarədə gərgin anlar yaşanıb. Belə ki, sərnişinlərdən birinin halı qəflətən pisləşib. Sərnişin özündən gedib. Vəziyyətin kritikləşdiyini görən stüardessa ilkin yardım üçün salondakılardan kömək istəyib.

Təsadüfən təyyarədə olan tanınmış teleaparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov ayağa qalxaraq, lap arxada əyləşən xanımın yanına keçdi. Gənc qadına İlkin yardım göstərərək, ona yardım etdi. Bir qədər sonra qadın özünə gəldi.

Onun həyatını xilas etdikləri üçün Azərbaycan Hava Yolları-nın bütün heyətinə, stüardessaya da və əsas Hacı Nurana da minnətdarlığını bildirdi. Qadının həyatını xilas edən Hacı Nuranı isə sərnişinlər xeyli alqışladılar. Təkcə yerdə deyil, göydə də insanların xilasına tələsən Hacı Nuran Bodrum-Bakı reysində bir qadının həyatını xilas etdi. Yenə qazancı savab və xeyir-dua oldu.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki