image-ads_n1karobka_mobile
image-upload-20220713_zaa_p138_012-pic_32ratio_1200x800-1200x800-58403backend

Böyük Britaniya və Hollandiya Ukraynaya qırıcı təyyarələrin tədarükü üçün koalisiya yaradır

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Hollandiyanın baş naziri Mark Rutte Ukraynaya döyüş təyyarələri tədarükü üçün beynəlxalq koalisiya yaratmaq barədə razılığa gəliblər.

Bu barədə i24 telekanalı Sunakın mətbuat katibinin İslandiyada keçirilən Avropa Şurasının sammitində liderlərin görüşünün yekunlarına dair bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, iki ölkə liderləri “Ukraynanı döyüş aviasiyası ilə təmin etmək, təlimdən tutmuş F-16 təyyarələrinin alınmasına qədər hər sahədə dəstək vermək üçün beynəlxalq koalisiya yaratmaq üçün çalışacaqları barədə razılığa gəliblər”.

Mənbə: BBC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki