Böyük Britaniyanın baş naziri Key Starmer Londonda Vladimir Zelenski ilə şəxsən görüşüb və ona dəstəyini bildirib.
TASS onun sözlərindən sitat gətirir: “Böyük Britaniyada sizin tam dəstəyiniz var, biz sizinlə və lazım olan müddətdə Ukrayna ilə olacağıq”.
Starmer əlavə edib ki, Londonun məqsədi “Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə” nail olmaqdır.
Qeyd edək ki, Zelenskinin martın 2-də Böyük Britaniya kralı III Çarlzla görüşəcəyi bildirilirdi.
DOĞRU.AZ