Braziliyanın birinci xanımı Rosangela (Jeanja) Lula da Silva bildirib ki, onun ana əcdadları Rusiyadan Braziliyaya mühacirət ediblər.
O, Ali İqtisadiyyat Məktəbində keçirilən tədbirdə çıxış edib.
Ailəmin tanımadığım hissəsi – ana tərəfdən nənəm və onun valideynləri buradan olublar və Braziliyaya, doğulduğum Parana ştatına mühacirət ediblər.
O əlavə edib ki, Rusiyada özünü rahat hiss edir.
Bundan əvvəl agentlik Braziliya prezidenti Luis İnasiu Lula da Silvanın təyyarəsinin Moskvaya gəldiyini bildirmişdi.
“Metropoles” qəzetinin yazdığına görə, o, Vladimir Zelenskinin Kiyevə gəlmək çağırışına məhəl qoymayıb.
DOĞRU.AZ