image-n1karobka_ads
image-original-1l61backend

Brisben-2032 ilk əsas sponsorunu açıqladı

23 iyul – 8 avqust tarixlərində Avstraliyanın Brisben şəhəri və Kvinslend ştatında keçiriləcək 2032 Yay Olimpiya Oyunları üçün Təşkilat Komitəsi ilk əsas sponsorla müqavilə imzalayıb.

Doğru.az xəbər verir ki, 1911-ci ildə təsis edilmiş kommersiya qurumu – Commonwealth Bank (CBA) Oyunların rəsmi tərəfdaşı olub. “The Australian Financial Review” (AFR) nəşrinin məlumatına görə, müqavilənin dəyəri 200 milyon Avstraliya dolları (təxminən 141,4 milyon ABŞ dolları) təşkil edir.

Bununla belə, böyük investisiyaya baxmayaraq, CBA-nın Oyunlarda təmsilçiliyi məhdud olacaq. Səbəb isə dünyaca məşhur ödəniş sistemi olan Visa şirkətinin Olimpiya hərəkatının əsas sponsorlarını birləşdirən TOP proqramında prioritet hüquqlara malik olmasıdır.

Məlumata görə, 2024-cü ildə Parisdə keçirilmiş Olimpiadadan sonra Visa 130 min yeni müştəri qazandığını açıqlayıb. Bu artım şirkətə üçüncü rübdə 225 milyon dollar mənfəət əldə etməyə imkan verib.

Qeyd edək ki, Brisben-2032 Oyunlarına hazırlıq çərçivəsində iri biznes strukturlarının marağı artmaqdadır və yaxın aylarda daha yeni sponsorluq müqavilələrinin elan olunacağı gözlənilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki