image-n1karobka_ads
image-69901e5eae5ac957f920d9c6backend

Britaniya “kölgə donanma”ya qarşı hərbi variantları müzakirə edir

Böyük Britaniyanın müdafiə naziri Con Heli Şimali Avropa və Baltikyanı ölkələrin nümayəndələri ilə “kölgə donanma”ya aid edilən tankerlərə qarşı mümkün hərbi əməliyyatları müzakirə edib.

Doğru.az xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, məsələ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində on ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə gündəmə gətirilib.

Danışıqlarda Britaniya Silahlı Qüvvələrinin rəhbəri Riçard Nayton da iştirak edib. O, gəmilərin ələ keçirilməsi üçün birgə əməliyyatlar da daxil olmaqla bir neçə variant təqdim edib.

ABŞ-ın prosesdə rolu hələlik dəqiqləşməyib. Lakin Vaşinqtonun koordinasiyada iştirak edə biləcəyi ehtimal olunur.

Estoniyanın müdafiə naziri Hanno Pevkur görüşdən sonra bildirib ki, “kölgə donanma gəmilərinə bayraq verən ölkələr digər dövlətlərin tədbir görə biləcəyini anlamalıdır”.

Eyni zamanda, o, konkret qərarlar qəbul edilməzdən əvvəl əlavə müzakirələrin vacibliyini vurğulayıb. Bir sıra ölkələrin isə mümkün eskalasiya riskindən ehtiyat etdiyi qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya ilə əlaqəli olduğu iddia edilən gəmilərə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəkləmişdi. Yanvarın 27-də isə Bloomberg bir neçə Avropa ölkəsinin Baltik və Şimal dənizlərində fəaliyyət göstərən “kölgə donanma” tankerləri ilə bağlı xəbərdarlıq etdiyini yazmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki