image-n1karobka_ads
image-123
image-ap22236418799169-pic_32ratio_900x600-900x600-39911backend

Britaniya Ukrayna ilə rüsumsuz ticarəti genişləndirəcək

Böyük Britaniya hakimiyyəti Ukrayna ilə rüsumsuz ticarət rejimini daha 5 il müddətinə uzatmaq qərarına gəlib.

TASS bu barədə Böyük Britaniya hökumətinin bəyanatına istinadən xəbər verir.

Britaniya Nazirlər Kabineti qeyd edib ki, Böyük Britaniya ilə Ukrayna arasında yumurta və quş əti istisna olmaqla ticarət ən azı 2029-cu ilə qədər rüsumsuz olacaq. Bu, Ukraynanın iqtisadi dirçəlişini dəstəkləmək və ukraynalı bizneslərə kömək etmək üçün edilir, bəyanatda deyilir.

“Ölkələr arasında elektron ticarət əlaqələrini dəstəkləmək məqsədi daşıyan rəqəmsal ticarət sazişi ilə yanaşı, rüsumsuz ticarətin genişləndirilməsi əsas sektorlarda Ukrayna biznesləri üçün imkanları genişləndirəcək”, – mesajda deyilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki