Britaniyanın iki universitetinin tələbə birlikləri kampuslarda fəaliyyət göstərən Ukrayna icmalarının işini dayandırıb.
Bu barədə Financial Times yazır.
Nəşrin məlumatına görə, söhbət London Universitet Kolleci və Lankaster Universitetindən gedir.
İcmaların fəaliyyəti Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün “pilotsuz təyyarələr alarkən xeyriyyəçilik qaydalarını pozduqlarını müəyyən etmək üçün” dayandırılıb.
Nəşr yazır ki, Xeyriyyə Komissiyasının nizamnaməsinə əsasən, “hər hansı xarici silahlı qüvvələrə yardım göstərmək və ya hərbi texnika ilə təmin etmək xeyriyyəçilik fəaliyyəti deyil və heç bir xeyriyyə təşkilatı qanuni olaraq belə fəaliyyətlə məşğul ola bilməz”.
DOĞRU.AZ