image-n1karobka_ads
image-123
image-1760369880_elektrik-xetleri-1backend

Bu ərazilərdə işıq olmayacaq

image-add-a-heading

Babək rayonunun Nehrəm qəsəbəsində və Araz kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, bu barədə Babək Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, yanvarın 22-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Məlumata görə, bu səbəbdən Araz Su Elektrik Stansiyasından qidalanan 35 kV-luq Nehrəm elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Təmir-bərpa işləri ilə əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Nehrəm qəsəbəsində və Araz kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Qeyd edilib ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir tədbirlərinin görülməsi nəzərdə tutulur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki