image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210601-wa0085backend

Bu günümüz və gələcəyimiz uşaqlardı – QƏRƏNFİL AĞALAROVA

image-728x90px

Bu gün Beynəlxalq uşaqların müdafiəsi günüdür. Hər rayonda hər evdə uşaqlar təbrik olunur, tədbirlər keçirilir. Uşaqlardan və onların müdafiəsindən söhbət gedirsə, hal hazırda dünyamızda mövcud durum bunu təmin etmir desək az olar. Uşaqlar üçün əsl vəhşət ortamıdır dünya.Müharibələr,terror aktları,pandemiya və onun təhsilə vurduğu zərbələr,bitmək bilməyən ailə məişət zorakılıqları və nəfsinə hakim ola bilməyənlərin törətdiyi təcavüzlər. Saymaqla bitməyən bu bəlalar ortamında uşaqların müdafiəsi hardasa mümkünsüz hala gəlib. Bəs necə edək? Nə edək?Bir problemi həll etmək üçün mütləq onun yaranma səbəblərinə daha dərinə enib baxmaq lazımdır.

Bu gün bu bəlaları kimlər törədir? Dünənin uşaqları.Səbəb nədir?Səbəb öyrədə bilmədiklərimiz.Bunun əvəzində mənfur güclərin öyrətdiyi mənfur ideologiyalar.Valideyn daima uşağının yeməyi və geyimi üçün çalışır.Unudur ki,onun tərbiyəsində buraxdığı açıqları bir zaman gələcək qorxunc ideologiyalar öz çirkinlikləriylə dolduracaq.Valideyn hər şeydən öncə Allahı tanımalı və tanıtmalıdır.Uşağına da iman və düşünmək öyrətməlidir.Hər bir kəsin ürəyində Allahı axtarmaq olur.Siz evdə onun axtardığının doğru şəkildə çatdırmasaz o böyüyəndə gedib bir toplum tapacaq öz mənəvi aclığını doydurmaq üçün.Bu zaman da ova çevrilirlər.Radikal ideologiyaların təsirinə düşüb məhv olurlar.Cəmiyyətə yararlı şəxsiyyət olacağına qatilə çevrilir.

Ailədə öz münasibətlərinizə diqqət etmədən onlarl böyüdürsüz. Heç diqqət etmirsiz ki, sizin davalarınızdan, dedi qodularınızdan, nifrətinizdən, kininizdən uşaqlar necə təsirlənir. O öfkənin, nifrət onların gələcəkdə sağlam düşüncəli, sevgi dolu insan olmasının qarşısını alır.Bu gün qarşısını almağa çalışdığımız zorakılığa meylin,cinayətlərin təməlini onun beynində yaradırsız. Axı onlar bizim sabahımızdır. Telefonlarda oyunlardan, alış verişdən, son xəbərləri vərəqləməkdənsə uşaqlarınıza zaman ayırın. Sizin onlara ayırdığınız zaman qazanacağınız ruzidən də onlara yaşatmaq istədiyiniz lüks həyatdan da mühümdür.

Əziz valideynlər, valideyn olmaq Allahın verdiyi bir vəzifədir. Hesabını verəcəyiniz bir vəzifə. Uşaqlarınızın və sizin xoşbəxtliyiniz bu vəzifənin icrasına səmimiyyətinizə və məsuliyyətinizə bağlıdır. Bu vəzifəni necə icra etmək onları yedirib içirmək deyil yalnız. Ən mühümü onlara öyrədəcəyiniz iman, səmimiyyət, sevgi və dürüstlükdür. Çalışın bunları öyrədin. Bunun üçün özünüz də Allahı sevməlisiz. Sevmək üçün tanımaq lazımdır bəli. Tanımaq üçün isə Uca Yaradan özünüzdə və təbiətdə dəlillər yaradıb. O dəlillərin üzərində düşününcə sonsuz sevgi yaranır insanın ürəyində bu gözəliyi,nemətləri yaradana.Bax o sevgini,o dəlilləri anladın övladlarınıza.Gələcəkdə zorba deyil sevgi dolu,mərhəmətli insanlar yetişməsi üçün bu vacibdir.Aşılayacağınız Uca Yaradana sonsuz sevgidir uşaqlarınızı bu gün və sabah xoşbəxt edəcək nemət.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki