image-2000x150px
image-123
image-ads_atlas
image-1470805939_imbnetbzsunlvcsvwzc4vyqqzufkb9backend

Bu rayonlarda iki gün qaz olmayacaq

image-728x90px

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dan başlayaraq 2 gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd olunub ki, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.

Vurğulanıb ki, görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki