image-2000x150px
image-123
image-ads_atlas
image-1577602739backend

Bu yolda hərəkət 5 gün məhdudlaşdırılır – RƏSMİ

image-728x90px

İyulun 7-dən eNərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması ilə əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Doğru.az”-a verilən məlumata görə, məhdudlaşma 12 iyul tarixinədək qüvvədə olacaq:

“Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki