image-n1karobka_ads
image-123
image-1746600251139423142_1200x630backend

Buraxılış imtahanlarında yüksək nəticə göstərən DSX-nin Xüsusi Məktəbinin kursantları təltif ediliblər – FOTO

Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının yekun nəticələrinə əsasən, 2024-2025-ci ilin məzunları arasında Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülən 3 və 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərən 21 nəfər kursantının təltif olunmasına həsr edilən tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən Doğru.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən imtahanlarda yüksək nəticə göstərən kursantlar və məktəbin pedaqoji heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Çıxış edənlər kursantların əldə etdikləri uğurlar barədə ətraflı məlumat verib, onları təbrik edərək gələcək təhsillərində daha yüksək nailiyyətlər qazanmalarını arzulayıblar.

Tədbirdə iştirak edən məzunların valideynləri Xüsusi Məktəbdə yaradılan müasir təhsil, təlim və sosial-məişət şəraitinə görə Heydər Əliyev Fonduna və DSX-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DOĞRU.AZ

image-17466002513225142138_1200x630 image-17466002512273914067_1200x630 image-17466002515248112696_1200x630 image-17466002516136845835_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki