image-2000x150px
image-123
image-ads_atlas
image-277532406-309357427952032-4835571307567106779-nbackend

“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının təntənəli açılış mərasimi keçirilib – FOTOLAR

image-728x90px

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərdədir. Məqsəd Türkiyənin Bursa şəhərində 30-31 mart tarixində keçiriləcək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) növbəti iclasında, həmçinin bir sıra rəsmi görüşlərdə iştirak etməkdir.

Martın 30-da nümayəndə heyəti hazırlıq işləri artıq başa çatmış “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimində iştirak ediblər. Eləcə də türk dünyasını təmsil edən qonaqların və jurnalistlərin şəhər gəzintisi baş tutub.

Bursa qonaqlarını zəngin bədii proqramla qarşılayır. Bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək bu qədim şəhər rəsmi heyətlər başda olmaqla qonaqlarına qucaq açır.

Daha sonra Bursada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə türk dövlətlərini təmsil edən heyət və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Martın 30-da həmçinin geniş ictimaiyyətin iştirakı ilə “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi baş tutub.

Tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanı mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri təmsil ediblər.

Mərasimdə həmçinin Türkmənistanın Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstanın İstanbuldakı Baş konsulu Laszlo Keller, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, TÜRKSOY Baş katibliyinə namizəd Sultanbay Raev, TÜRKPA Baş katibi Mehmet Sureyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmi şəxslər, Türk Dövlətləri Təşkilatının Ankaradakı səfirləri də olub.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəngarəng çıxışı dərin maraqla qarşılanıb.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası martın 31-də Bursa şəhərində keçiriləcək.

DOĞRU.AZ

image-277462235-309357194618722-606206263501919717-n image-277349990-309357411285367-9197216555516512027-n image-277353965-309357457952029-1233830229922820840-n image-277307557-309357481285360-3506047243885895597-n image-277304420-309357327952042-5005763036805854876-n image-277532406-309357427952032-4835571307567106779-n image-277355537-309357351285373-6926893768517867308-n image-277355215-309357364618705-6010579431990469227-n image-277525255-309357307952044-6062950542203688381-n

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki