image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-4backend

“Caliber”in yeni süjeti: “Bizə heç kimə heç nəyi sübut etmək lazım deyil” – VİDEO

image-728x90px

“Cailber” layihəsinin “YouTube” səhifəsində “Dəhliz, müharibə və sadə erməni gənci barədə” (“O koridore, voyne i prostom armyanskom parne”) adlı süjet təqdim olunub.

“İşğaldan azad edilmiş ərazilərimizdə bu gün baş verənlər infrastrukturun bərpası və yeni layihələrin işə salınması, əcnəbi nümayəndələrin səfərləri, hər əkilən ağacın, hər tikilən yarımstansiyanın açılışının işıqlandırılması ilk növbədə qlobal erməniçiliklə informasiya müharibəsində vacibdir, baxmayaraq ki, müharibə bir il əvvəl bitib”, – deyə reportajda bildirilir.

Kadrlarda Azərbaycan ərazilərinin işğalı dövründə erməni diasporunun pulu ilə “Qədim erməni dağlarında “cənnət” haqqında” danışılanlara baxmayaraq, ermənilərin necə miskin şəkildə yaşadıqlarını göstərən kadrlar əks olunub və Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra ərazidə görülən quruculuq işlərindən danışılıb.

“Cəmi bir il keçib amma artıq Füzuli-Şuşa yolu tikilib, iki qardaş ölkənin iki qardaş lideri Füzuli Beynəlxalq Aeroportunun açılışını edib”, – deyə videoda vurğulanıb.

“Bizə heç kimə heç nəyi sübut eləmək lazım deyil. Sadəcə düşmənin vaxtilə ilə etdiklərini və bizim gördüklərimiz, görməyə davam etdiyimiz işləri göstərmək kifayətdir”, – filmdə bildirilib.

Daha ətraflı “Caliber”in yeni süjetində:

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki