Cənubi Afrika hökuməti ABŞ səfiri Ruben Briqetti Pretoriyanı Rusiyaya silah verməkdə açıq şəkildə ittiham etdikdən sonra onunla görüş tələb edib.
Bu barədə Bloomberg agentliyi yazır.
Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandorun ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparacağı da bildirilir.
Agentlik qeyd edir ki, “Cənubi Afrika və ABŞ arasında münasibətlər Pretoriyanın Ukrayna münaqişəsində neytral mövqe tutması səbəbindən pisləşib və səfirə hər hansı töhmət riski artıracaq”.
Doğru.az

























