İyulun 9-da Sakit okeanda, Cənubi Kuril adaları sahillərində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova RİA Novosti-yə məlumat verib.
Zəlzələnin episentri Kunaşi adasındakı Qolovnino kəndindən 63 km cənub-şərqdə yerləşib. Semenovanın sözlərinə görə, zəlzələ sunami təhlükəsi yaratmayıb və həyəcan siqnalı verilməyib.
Qeyd edək ki, iyunun sonunda bu ərazidə 5,2 bal gücündə zəlzələ baş vermişdi.
DOĞRU.AZ