image-2000x150px
image-123
image-ads_atlas
image-dc6370cf-697a-49e8-a9f3-579d141de4dabackend

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü – FOTO

image-728x90px

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu qeyd edilib.

Ceyhun Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə həmkarına məlumat verib.

Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafinda fikir mübadiləsi aparılıb.

Nazirlər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri, habelə ATƏT-in Nazirlər Şurasının toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki