image-2000x150px
image-123
image-ads_atlas
image-jujbackend

Ceyhun Bayramov BƏƏ naziri ilə müzakirələr aparıb – FOTO

image-728x90px

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Əhmed Al Sayegh arasında videokonfrans formatında görüş baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin bir-birinin namizədlərinə və təşəbbüslərinə qarşılıqlı dəstək verilməsi məsələsini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə regiondakı son vəziyyət, habelə üçtərəfli bəyanatların icrası ilə bağlı geniş məlumat verib.

Nazirlər eyni zamanda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Xüsusilə də alternativ enerji sahəsində iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ 

Bizimlə əlaqə

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki