image-2000x150px
image-123
image-ads_atlas
image-ceyhun-1backend

Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

image-728x90px

Aprelin 27-də xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Rusiya XİN-dən verilən məlumata görə, diplomatik orqanların rəhbərləri qarşılıqlı münasibətlərin aktual məsələlərini, o cümlədən qarşıdakı yüksək səviyyəli təmasları müzakirə ediblər.

Həmçinin, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarına əsasən bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün üç ölkənin baş nazir müavinlərinin həmsədr olduğu Üçtərəfli İşçi Qrupunun fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki