image-2000x150px
image-123
image-ads_atlas
image-1619445216img__0backend

Ceyhun Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü

image-728x90px

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcının etimadnaməsinin surətini qəbul edib.

XİN-dən “Doğru.az”a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Cahit Bağcını təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında mövcud olan sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

Cahit Bagçının Azərbaycan üçün xüsusi bir dönəmdə səfir təyin olunduğunu qeyd edən nazir, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalın son qoyulduğunu və ərazilərimizin azad olunduğunu vurğulayaraq, bu xüsusda Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyin Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu növbəti dəfə sübut etdiyini qeyd edib.

Münaqişə sonrası mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyəti üçün yeni dövrün başlandığı vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin, qondarma soyqırımı mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını və bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb.

DOĞRU.AZ




image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki