Çili Milli Fəlakət İdarəetmə Xidməti ölkə sahillərini vuran sunaminin hündürlüyünün bəzi bölgələrdə 2,5 metrə çatdığını açıqlayıb.
Doğru.az xəbər verir ki, ən yüksək dalğalar Çilinin mərkəzində yerləşən Boyeruca kəndində qeydə alınıb.
Valparaiso şəhərində dalğaların hündürlüyü 0,6 metr, Arika şəhərində isə 1,1 metr olub. Sakinlərdən təhlükəsiz ərazilərdə qalmaq xahiş edilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Elmlər Akademiyasının Şirşov adına Okeanologiya İnstitutunun mütəxəssisi İqor Medvedyev Kamçatka və Kuril adalarında baş verən zəlzələdən sonra yaranan sunaminin hündürlüyünün 5-6 metrə çatdığını bildirmişdi.
DOĞRU.AZ