image-2000x150px
image-123
image-ads_atlas
image-326093590_544864950952765_6964923711190062081_nbackend

Çində ən gənc alzheymer xəstəsi müəyyən edilib

image-728x90px

Pekin şəhərindəki xəstəxanalardan birində 19 yaşlı xəstəyə əsasən yaşlılarda rast gəlinən və gənclərdə olduqca nadir müşahidə olunan bir xəstəlik – alzheymer diaqnozu qoyulub.

Həkimlərin fikrincə, o, hazırda dünyada təsbit edilən ən gənc alzheymer xəstəsidir

Xuanvu xəstəxanasının nevroloqu Cia Lonqfenin dediyinə görə, xəstə 17 yaşında yaddaşla bağlı problemlər yaşamağa başlayıb. O, ötən gün baş verənləri xatırlamaqda çətinlik çəkib.

Xəstəxana xəstəliyin diaqnozu üçün dünyada ən mötəbər üsullardan olan CSF analizi və PET skanları daxil olmaqla, xəstə üzərində bir sıra testlər həyata keçirib.

Nevroloq qeyd edib ki, alzheymer xəstəliyinin inkişafı xəstənin fiziki vəziyyəti, genetikası və həyat tərzi kimi amillərlə bağlıdır. Son illərdə bu xəstəliyin daha gənc yaşda insanlarda inkişafı tendensiyası müşahidə olunur.

Qeyd edək ki, alzheymer xəstəliyinin erkən mərhələsində olan bəzi xəstələrdə gen mutasiyaları aşkar edilib. Bu xəstəliyin aşkarlanması üçün tibbi texnologiyanın inkişafı daha gənc xəstələrə də diaqnoz qoymağa imkan verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki