“Crocus City Hall” konsert zalında törədilən terror aktını həyata keçirən şəxslərin hücumdan əvvəl narkotik vasitələrdən istifadə etdikləri məlum olub.
Doğru.az xəbər verir ki, bu barədə TASS iş materiallarına istinadən məlumat yayıb.
Sənədlərdə qeyd olunur ki, Mirzəyev, Məhəmmədsobir Faizov və Saidokram Raçabalizoda hadisə yerinə gedərkən qorxu hisslərini kütləşdirmək məqsədi ilə naməlum narkotik maddədən istifadə ediblər. Narkotik qəbulundan dərhal sonra hücuma keçdikləri bildirilir.
Bundan əvvəl istintaq müəyyən etmişdi ki, terror aktının təşkilatçıları Ukraynanın siyasi rəhbərliyinin maraqları əsasında hərəkət ediblər.
DOĞRU.AZ