image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210418_203304_095backend

Cüdoçumuzun medal qazanma şansı var

image-728x90px
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.
 

Doğru.az”-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veqi yendikdən sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub.

Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareni üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olacaq.

Bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçulardan Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki