image-2000x150px
image-123
image-ads_atlas
image-635476backend

Lerikə yağan qarın hündürlüyü 70 santimetrə çatdı – FAKTİKİ HAVA

image-728x90px

Martın 22-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, lakin yağıntıların intensivliyi bir qədər səngiyib.

Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a məlumat verib.

O bildirib ki, qar örtüyünün hündürlüyü Lerikdə 70 sm, Sarıbaşda (Qax) 68 sm, Yardımlıda 58 sm, Altıağacda 47 sm, Ağdərədə (Ordubad) 44 sm, Şahdağda 41 sm, Xaltanda 34 sm, Kişçayda (Şəki) 32 sm, Ləzədə 28 sm, Girdimançay, Qaranohurda (İsmayıllı) 25 sm, Qrızda 18 sm, Daşkəsəndə 12 sm, Xınalıqda 10 sm, Göygöldə 7 sm, Naxçıvanda 6 sm, İsmayıllı, Şahbuzda 5 sm, Qusarda 4 sm, Şərur, Qubada 2 sm, Culfa, Sədərək, Şəkidə 1 sm olub.

Onun sözlərinə görə, düşən yağıntının miqdarı Astarada 12 mm, Lənkəranda 6 mm, Yardımlı, Ağdərədə (Ordubad) 4 mm, Lerik, Naxçıvan, Şərur, Şahbuzda 3 mm, Daşkəsən, Oğuz, Zaqatala, Şahdağ, Ordubadda 2 mm, Culfa, Sədərək, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Göytəpə, Kişçay (Şəki), Balakən, Qəbələ, Şəki, Şamaxıda 1 mm-dək olub:

“Qərb küləyinin sürəti arabir Naftalanda 24 m/s, Göygöl, Tərtərdə 20 m/s, Şəmkir, Ağdamda 16 m/s-dək güclənib”.

G.Məmmədova qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 2 dərəcəyədək isti olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki