image-2000x150px
image-saleh-1backend

Saleh Məmmədov keçmiş icra başçısının Nabrandakı villasını alıb

image-728x90px

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov həm də Nabranda bahalı villaları ilə məşhurdur.

AzToday.az xəbər verir ki, müxtəlif vaxtlarda mediada Saleh Məmmədovun bahalı malikanələri ilə bağlı məlumatlar yayılıb. Belə ki, yol tikintisi üzrə ayrılan pullar üzərində qərar vermək səlahiyyəti olan Saleh Məmmədovun villaları üçün də böyük xərc çəkdiyi deyilir.

AzToday.az-a daxil olan məlumatlara görə, Saleh Məmmədov Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayevin Nabrandakı villasını almaq üçün milyonlar xərcləyib. Və aldığı villanı sonradan təmir etdirib.

Məlumatlara görə, Nabranın ən baxımlı yerində Saleh Məmmədov daha iki villa tikib.

Agentlik sədrinin xaricdəki böyük biznesi haqda da mediada təkzib olunmaz məlumatlar yayılıb. Saleh Məmmədov bu məlumatların heç birinə aydınlıq gətirməyib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki