Dağıstanın Qunibski rayonuna ekskursiya zamanı 11 nəfər ictimai iaşə obyektlərində verilən yeməklərdən zəhərlənib.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Rospotrebnadzor İdarəsinin Dağıstan üzrə Administrasiyası yayıb.
Qida zəhərlənməsi halları qeydə alındıqdan sonra bölgədə fəaliyyət göstərən 3 ictimai iaşə obyektində plandankənar yoxlama aparılıb. Nəticədə sanitar tələblərin kobud şəkildə pozulduğu müəyyən olunub.
İdarənin açıqlamasında bildirilib ki, iki müəssisənin fəaliyyəti dayandırılıb.
“İnfeksiyanın ötürülmə yollarını dəqiqləşdirmək üçün kafelərdən götürülmüş qida nümunələri, ətraf mühit obyektlərindən çubuqlar və içməli sudan nümunələr laboratoriya müayinəsinə göndərilib”, – deyə qurumun Telegram kanalında qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Moskvada turist gəmisində 30-dan çox adam qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilmişdi.
DOĞRU.AZ