Doğru.az xəbər verir ki, Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov tutduğu vəzifədən azad edilib. Bu barədə region rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
“Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov tutduğu vəzifədən azad edilib”.
Bundan əvvəl Maqomedovla əlaqəli ünvanlarda, o cümlədən onun evində axtarış aparıldığı məlum olub. Agentliyin mənbələrinin verdiyi məlumata görə, dövlət katibi və ona yaxın olan bir sıra şəxslər saxlanılıb.
Onun qohumlarına məxsus üç Moskva mənzilində də axtarışlar həyata keçirilib.
Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, məhkəmə Dağıstan dövlət katibinin ailəsinə aid mənzillərə həbs qoyub.
DOĞRU.AZ