image-2000x150px
image-123
image-ads_atlas
image-1623349592_1611048343_ermeni-axtarisbackend

Daha 4 erməni hərbçisinin meyiti təhvil verildi

image-728x90px
Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 4 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.
Meyitlər Füzuli rayonu və Hadrut qəsəbəsində aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 634 nəfərin meyiti aşkarlanıb.
Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki