Openbio forumundan verdiyi məlumata görə, 2020-2022-ci illər arasında baş vermiş pandemiyaya bənzər koronavirus pandemiyasının yaranması yalnız toxunulmazlığı olan nəslin getməsindən sonra mümkündür.
“Vektor” dövlət elmi mərkəzinin molekulyar virusologiya şöbəsinin müdiri Valeri Loktev bildirib ki, böyük pandemiyasız dövr təxminən 30 il çəkəcək.
Dünən Koronavirus infeksiyası ilə mübarizə üzrə federal operativ qərargah Rusiyada COVID-19-a yoluxma hallarının 22,3%, xəstəxanaya yerləşdirilənlərin sayının isə 18% artdığını açıqlayıb. Rusiya Federasiyasının 47 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, 74 regionda isə xəstələnmə hallarının artması qeyd edilib.
Mənbə: A Haber