image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210709-wa0065backend

“Davam” diplomatik xidmətin 102 illiyini qeyd edib – FOTOLAR

image-728x90px

9 iyul – Diplomatik orqan əməkdaşlarının peşə bayramı günü münasibəti ilə “Davam” Diplomatiya klubunun təşkilatçılığıyla Xarici İşlər Nazirliyinin Müqavilə və Hüquq idarəsinin rəis müavini Rizvan Nəbiyevlə davamçı gənclər arasında görüş baş tutub.

R.Nəbiyev Azərbaycan Respublikası xarici siyasətinin prioritet məsələləri, müasir çağırışlar və diplomatik fəaliyyət, Vətən müharibəsi və BMT TŞ-nin müvafiq qətnamələrinin şərhi və s. məsələlərə dair fikirlərini bölüşüb.

O, “Heydər Əliyevin enerji strategiyası” və ona yönəlik aparılan çoxşaxəli və uğurlu diplomatik fəaliyyət barədə danışmışdır. Görüş zamanı, həmçinin Azərbaycan Respublikasının xarici ölkələrlə olan əlaqələri və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Sonda gənclərimizin sualları cavablandırılıb, təklifləri dinlənilib.

DOĞRU.AZ

image-img-20210709-wa0066 image-img-20210709-wa0068 image-img-20210709-wa0065 image-img-20210709-wa0069 image-img-20210709-wa0070 image-img-20210709-wa0067

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki