image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210525_122721_456backend

“Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında memorandum imzalanıb – FOTO

image-728x90px

24 may tarixində Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzində “Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.

Şahdağ Turizm Mərkəzinin İdarə Heyətinin sədri Səid Salayev qonaqları salamlayıb. Mərkəz haqqında ətraflı məlumat verdikdən sonra “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlığın perspektivlərindən bəhs edərək səmərəli və davamlı layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda “Davam” Gənclər Hərəkatının fəaliyyətini yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb.

Öz növbəsində “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı çıxış edərək göstərilən xüsusi diqqətə görə başda Səid Salayev olmaqla bütün kollektivə öz təşəkkürünü bildirib. O, “Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzinin yaxın zamanda birgə yeni və maraqlı layihələr ərsəyə gətirəcəyini nəzərə çatdırıb. Əlavə olaraq qeyd edib ki, hal-hazırda 200-dən çox davamçı üzvün iştirakı ilə hazırlanan fləşmobun məhz Şahdağ Turizm Mərkəzində baş tutması bu əməkdaşlıq istiqamətində atılan ilk addımdır.

Daha sonra “Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzi arasında əlaqələrin möhkəmləndirilməsi, fərqli proseslərdə fəal iştirak edərək yeni və maraqlı layihələrə imza atılması, müxtəlif tədbirlər, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüş qarşılıqlı əlaqələrin inkişafı istiqamətində danışıqların aparılması ilə davam edib.

DOĞRU.AZ

image-img_20210525_122713_332 image-img_20210525_122739_673 image-img_20210525_122722_454 image-img_20210525_122734_375 image-img_20210525_122719_866 image-img_20210525_122718_250 image-img_20210525_122710_700 image-img_20210525_122707_615 image-img_20210525_122716_615

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki