image-2000x150px
image-1631518885202backend

“Davam”ın sədri Şuşa səfərindən yazdı – FOTOLAR

image-728x90px

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə ölkənin aparıcı gənclər təşkilatlarının Şuşa şəhərinə səfəri baş tutub. Səfərdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı da iştirak edib. O, öz səfər təəssüratlarını “Facebook” səhifəsində izləyiciləri ilə bölüşüb.

“Şuşaya gedən yol və gəzib gördüklərim

Şuşaya gedəndə nəyi gördüm, bir xalqa olan nifrətin dağıdıcı və ürək ağrıdan nəticələrini, qüdrətli Azərbaycan dövlətinin sürətli və çevik yanaşmalarını, dayanmadan uzanıb gedən təzə yolları, yeni qurulmuş elektrik təsərrüfatını, ən yüksək səviyyədə təşkil olunmuş təhlükəsizlik tədbirlərini, bərpa olunan tariximizi və yenidən sürətlə dirçələn Şuşamızı.

Cıdır düzündə gəzdim, sal qayaları dırmanan igidlərimizin süngü-bıçaq və tapança ilə fəthinin izlərini gördüm. Qayalardakı güllə izlərini görəndə bir anlıq o videokadrlar gözümdə canlandı, bu hisslər insanın tüklərini biz-biz edir. Gözümü yumdum və Şuşanın xəfif mehində içimdən dərin ah çəkdim, burada qanı ilə vətən torpağını suvaran igidlərimizin ağrı-acısını bir anlıq köksümdə hiss elədim.

Cıdır düzündə aşağı enib Vaqifin türbəsini, Yuxarı Gövhərağa məscidini ziyarət elədim, Şuşanın məhəllələrində gəzdim, bulaqlarından su içdim. Bir gün Şuşanı yaşadım, tanış oldum. Heç zaman ayağım dəyməyən bu torpaqları özümü dərk edəndən bəri sahiblənsəm də, ilk dəfə fiziki tanışlığımız baş tutdu. Mən Şuşaya, Şuşa mənə qarışdı.

Bu gün səhər yeməyində süfrəmiz Şuşa çörəyi ilə daha bir fərqli idi. Bu səhər fərqli insan idim, uzun illər mənən aşiq olduğum arzum əyani gerçək olmuşdu.

Allah bu günləri bizə yaşadan şəhid qardaşlarıma rəhmət eləsin, qazi qardaşlarıma can sağlığı versin. Allah dövlətimizi, xalqımızı və bu qələbənin uca memarı Ali Baş Komandanımızı qorusun.”

DOĞRU.AZ

image-1631518885202 image-img_20210913_094317_214 image-img_20210913_110005_561 image-img_2088-1 image-img_20210913_094317_214 image-img_20210913_094316_585image-img_2205-1image-img_20210913_094316_746image-img_20210913_094317_214

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki