image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220401_044504_761backend

DÇ-2022: Püşkatmadan əvvəl səbətlərin tərkibi bəlli olub

image-728x90px

2022-ci il dünya çempionatının aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi bəlli olub.

Doğru.Az xəbər verir ki, ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb. I səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə.

İspaniya, Portuqaliya II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.

Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlum olub. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki