image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_e4891596c498c7d2facd8cc3d14f3b28_e9rg65calmiyf8nzsbu0-620x460backend

Deputat Anar Məmmədov “Azərişığ”a təşəkkür etdi – FOTOLAR

image-728x90px

Goranboy rayonunda olduğumuz müddətdə sakinlərlə görüşüb, vətəndaş qəbulumuzu keçirdik. Qəbulda seçicilərin problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinlədik. Belə müraciətlərdən biri də Goranboy şəhərinin 59-cu məhəllə adlanan ərazisində seçici Nadir Abdullayevin evinin qarşısında olan işıq dirəyinin qəzalı vəziyyətdə olması idi. Təbii ki işıq dirəyinin qəzalı vəziyyəti təkcə Nadir Abdullayev üçün deyil, eyni zamanda o ərazidə məskunlaşan digər sakinlər üçün də təhlükə yaradırdı.

Bu barədə deputat Anar Məmmədov facebook hesabında paylaşım edib. Anar Məmmədovun sözlərinə görə, seçicimizin müraciətini nəzərə alaraq işıq idarəsinin rəisi ilə əlaqə saxladıq, əməkdaşlarını nasazlıq olan hissəyə ezam etdilər və problem öz həllini tapdı. Problemə operativ reaksiya verib nasazlığı tez bir zamanda aradan qaldırdığına görə “Azərişıq” rəhbərliyinə təşəkkürümüzü bildiririk – deyə millət vəkili bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki