image-2000x150px
image-comp-versiya
image-1837350a0c9da550c4bb34e49ed7e4d7backend

Deputat: “Ermənilər kütləvi şəkildə köç edəcəklər”

image-728x90px

Ermənistanda revanşist, radikal qüvvələrin, o cümlədən sabiq prezident Robert Köçəryanın yenidən işğaldan azad edilən Azərbaycan torpaqlarını nəzarətlərinə keçirməsi ilə bağlı səsləndirdikləri fikirlər qarşıda gələn parlament seçkilərinə köklənib.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu gün Köçəryan Ermənistanda Paşinyanın əsas rəqibi hesab olunur.

“O baxımdan da belə revanşist fikirlər səsləndirməklə reytinq toplamaq istəyir. Ancaq Ermənistanın revanşist fikirlərini reallaşdırmaq üçün heç bir imkan yoxdur.
Köçəryanı həm də dindirib-danışdıran təbii ki, Kremlin söz sahibləri və Rusiyanın hərbi sənaye kompleksidir”, – millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki, Ermənistanın bu gün Azərbaycan ordusunun işğaldan azad edilən torpaqlarımızı yenidən nəzarətə götürməsi nağıl və cəfəngiyyatdan başqa bir şey deyil: “Əksinə, Azərbaycan ermənilərin kompakt yaşadığı ərazilərimizdə qayda-qanunu bərpa edəcək. Revanşist qüvvələrin oradakı tör-töküntüləri çıxarılacaq. Bu ya Rusiya sülhməramlı qüvvələrinin səyi ilə həyata keçiriləcək. Yaxud da azərbaycan antiterror əməliyyatı keçirib onları öldürüb, məhv edəcək, ölkədən çıxaracaq. Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq isytəyənlər isə tamhüquqlu vətəndaş kimi yaşamaqda davam edəcəklər”.

Millət vəkili onu da bildirib ki, Azərbaycanın 44 günlük müharibə nəticəsində əldə etdiyi qələbə ermənilərdə ciddi psixoloji travma yaradıb və ona görə də onlar nəinki bizim ərazilərədən, o cümlədən tarixi torpaqlarımız olan Ermənistandan kütləvi şəkildə köç edəcəklər: “Onlar Azərbaycanın getdikcə daha da güclənməsindən, eyni zamanda Türkiyə ilə birgə hərəkət etməsi, xüsusən də Zəngəzur dəhlizinin reallaşmasından sonra ermənilər Ermənistan ərazisində yaşamağın perspektivini görmürlər. İnşallah, biz tezliklə ermənilərin həm Azərbaycan, həm də tarixi torpaqlarımız olan Ermənistan ərazisindəki torpaqlarımızı kütləvi şəkildə sürətlə tərk etdiklərindən şahidi olacağıq. Ona görə də belə revanşist qüvvələrin söyləmiş olduğu fikirlər daha çox qarşıda gələn parlament seçkilərinə hesablanmış populist fikirlərdir”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki