“Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uzaqgörən, maharətli siyasəti nəticəsində təcavüzkar düşmən seytnot vəziyyətinə salıb. Artıq düşmən məğlubiyyətini etiraf edə bilməsə də, aqoniya vəziyyətindədir”.
“Doğru.az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, xilaskar lider və sərkərdə, cənab Ali Baş Komandanın yürütdüyü uzaqgörən, müdrik, qətiyyətli, cəsarətli siyasəti nəticəsində düşmən həm döyüş, həm diplomatiya, həm informasiya müstəvisində, həm psixoloji cəhətdən məğlub edilib. “ Cənab Ali Baş Komandanın yürütdüyü siyasət nəticəsində hətta düşmənin havadarları belə məcburiyyət qarşısında Azərbaycanın haqlı mövqeyini qəbul etmək zorunda qalıblar. Azğın düşmən üzlədiyi uğrusuluq labritindən çıxmaq üçün etdiyi cəhdlər heç bir nəticə vermir, əksinə daha da çıxılmaz vəziyyətə düşür. Bütün cəhdlər boşa çıxmaqdadır. Odur ki, azğın düşmən açıq da olmasa dolayı yolla Azərbaycanın qələbəsini, öz məğlubiyyətini etiraf etməkdədir”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, düşmən nə qəsdər məğlubiyətini etiuraf edib, Azərbaycanın şərtlərini qəbul edərsə, ən azından xalqını gələcəkdə gözləyən dəhşətli fəlakatələrədn xilas edə bilər: “Ancaq biz düşmənin bu mövqeyini görmürük və şahidlik etmirik. Düşmən unutmamalıdır ki, hərbi əməliyyatların davam etdiyi hər gün Azərbaycan ordusunun yeni-yeni qələbələr qazanması, işğal altında olan yeni-yeni torpaqların işğaldan azad edilməsi, terrorçuların döyüş meydanında məhv edilməsi deməkdir. Onsuz da rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın komandanlığı altında xilaskarlıq əməliyyatını uğurla davam etdirməkdədir. Ordumuzun qarşısında duran məqsədlərinə çatması üçün hər hansı əngəl yoxdur”.
Beynəlxalq birliyin, xüsusən də münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qruöu həmsədlərinin irticaçı Ermənistanın işğalçılıq siyasətinə geri çəkilməsi üçün ciddi və real addımlar atmamasından təəssüfləndiyini qeyd edən millət vəkili bildirib ki, erməni terror dövləti bu gün qadğan olunmuş kimyəvi silahalrdan, xüsusən də fosforlu mərmilərdən istifadə edərək təkcə dinc əhaliyə qarşı deyil, eyni zamanda meşə yanğınları törədib, ekosistemə ciddi zərbə vurmaqla ekoloji terror törətməsinə belə səssiz qalmaqdadır: “Erməni terror dövlətinin ekoloji terror təkcə Azərbaycan üçün deyil, bütövlükdə bütüm region üçün ciddi təhdid mənbəyidir. Odur ki, terrorçu dövlətin bu cür insanlığa sığmayan, bəşəriyyətə qarşı cinayətlərinə ciddi reaksiya verilərək, onlaır beynəlxalq hüququ kobud pozduğu üçün beynəlxalq məsuliyyətə cəlb etməlidir. Çünki beynəlxalq qanunvericiliyin tələblərinə əsasən qadağan olunmuş fosfor silahlarından istifadə edən ölkəyə nəinki ciddi sanksiyalr, maliyyə cə zalalrı kəsilir, eyni zamanda həmin ölkənin siyasi və hərbi rəhbərliyinə qarşı məsuliyyət məsələsi qaldırılır. Çox təəssüf ki, biz beynəlxalq aləmdən belə bir reaksiya görmürük. Bu bizdə ciddi ikrah və nifrət hissi oyadır”.
Bəzi ölkələrin Azərbaycanın apardığı haqq mübarizəsinə kölgə salmaq üçün muzdluların vuruşması barədə səsləndirdiyi ittihamlara gəldikdə millət vəkili bildirib ki, ölkə başçısı dəflərlə bunu rəsmi şəkildə inkar edib: “Bizim hər hansı muzdluya ehtiyacımız yoxdur. Bu gün Azərbaycanda yetərində milli vətənpərvərlik ruhu çox yüksək səviyyədə olduğundan xalq ən gəncindən yaşlısınadək ərazi bütövlüyünü təmin etmək üçün döyüşə hazırdır. Bundan əlavə olaraq yetərincə döyüşçümüz var. Bunlar ancaq iftiradır və heş bir əsası yoxdur. Əksinə bu güm irticaçı Ermənistan tərəfindən xeyli sayda terrorçu təşkilatların üzvləri, xarici ölkə vətəndaşlaır döyüşür və bununla bağlı əlimizdə yetərincə faktlar var. İstər təcavüzkar Ermənistan, istərsə də separatçı rejimin rəhbərliyi özləri rəsmi formada dünya ictimaiyyətinə müraciət edərək fiziki qüvvə istəyirlər. Məgər dünya birliyi bunu görmür. Beynəlxalq aləm hansı dünya ölkələrinin təcavüzkara silah satdığını bilçmir və ya bundan xəbərsizdir. Bunların hamısı Azərbaycanın haqq mübarizəsinə və nüfuzuna xələl salmaq cəhdindən başqa bir şey deyildir. Azərbaycanın hədəfi bəllidir. Hədəf ərazi bütövlüyünün bərpa olunmasıdır və əhrəman ordumuz xilaskar lider, sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında torpaqlaırmızı işğaldan azad etməkdədir. Bu gün qəhrəman Azərbaycan ordusu təkcə ölkənin hərb tarixinə deyil, eyni zamnda dünyanın müasir hərb tarixinə qızıl hərflərlə şərəfli tarix yazmaqdadır. Odur ki, torpaqlarımız tezliklə azad olunacaq və üçrəngli bayrağımız Qarabağ səmasında dalğalanacaq!”.
Ölkə.Az

























