Deputat: “Prezidentin liderliyi altında Azərbaycan hərb, diplomatiya, informasiya cəbhəsində parlaq qələbələr çalmaqdadır”backend

Deputat: “Prezidentin liderliyi altında Azərbaycan hərb, diplomatiya, informasiya cəbhəsində parlaq qələbələr çalmaqdadır”

Hərb, diplomatiya və informasiya müharibəsində azğın düşməni məğlub edib geri otuzduran Azərbaycan müqəddəs Vətən torpaqlarını işğaldan azad edilməsi istiqamətindəki haqq mübarizəsini apararaq parlaq qələbələr əldə etməkdədir.

Doğru.az “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün  qəhrəman  Azərbaycan  ordusu Ali Baş Komandanın rəhbərliyi altında azğın düşməni  təkcə döyüş meydanına ağır itkilərə məruz qoymur, eyni zamanda Ali Baş Komandanın rəhbərliyi altında  dövlətimiz, xalqımız düşməni  diplomatiya və informasiya müharibəsində də  uğursuzluğa düçar etməkdədir. “Bir şeyi də xüsusi ilə qeyd etmək lazımdır ki, bütün cəbhələrdəki savaşın önündə gedən Ali Baş Komandan İlham Əliyev özüdür. Bu gün təkcə Azərbaycan xalqı deyil, ümumiyyətlə dünya cənab Ali Baş Komandan İlham Əliyevin  həm xalqını qələbəyə aparan bir dövlət başçısı, həm  döyüş meydanında müasir dövrün tələblərinə uyğun şəkildə hərbi əməliyyatlara rəhbərlik edərək, daha az insan itkisi verməklə ən əlverişsiz şəraitdən əlverişli, hərbi cəhətdə strateji mövqelərə sahiblənən dahi bir sərkərdə kimi, həm   diplomatiya sahəsindəki qüsursuz   diplomatik taktika və gedişləri ilə döyüş meydanında olan qələbəni diplomatiya meydanında  uğurla həyata keçirməklə  uzaqgörən, müdrik diplomat kimi, həm  dünyanın aparıcı media orqanlarına  tutarlı, arqumentli, hərtərfəli  müsahibələri ilə ermənilərin  yalan, iftira dolu informasiyalarını darmadağın etməklə  liderlik keyfiyyətlərini müşahidə etməkdədir.  Cənab Prezidentin bu liderlik qabliyyətini bildiyi  və onları yalnız onun liderliyi altında  bütün problemlərinin həll olunacağına inandığı üçün ətrafında sıx biləşiblər. Məhz bu sıx birliyin nəticəsində   Azərbaycan   daxili siyasətdə, iqtisadiyyatda  uğurlar əldə edib və bu gün də 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu xilaskar əks-hücum əməliyyatları həyata keçirilir”, – millət  vəkili qeyd edib.
 O əlavə edib ki, Azərbaycan xalqı hər gün Ali Baş Komandandan    yeni-yeni işğal altında olan azad olunması xəbərini səbrsizliklə gözləyir: “ Cənab Ali Baş Komandan da  xalqa bu qələbə müjdəsini verir. Elə bu gün cənab Ali Baş Komandan Zəngilan şəhəri də daxil olmaqla Zəngilan, Cəbrayil, Xocavənd və Fizuli rayonunun bir sıra kəndlərinin işğaldan azad olunması müjdəsini verdi. Bu bir daha cənab Ali Baş Komandanın  Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində israrlı mövqeyinin və siyasi iradəsinin ortada olduğunu nümyiş etdirir.    Odur ki,  Azərbaycan xalqı cənab Ali Baş Komadan İlham Əliyevin liderliyi altında tezliklə qələbə sevincini yaşayacaq və bizə Şuşanın və digər işğal altında olan torpaqların azad olunması müjdəsini verəcək”.
  Millət vəkili onu da bildirib ki, azğın düşmən öz murdar, fitnəkar  niyyətlərindən əl çəkməyərək döyüş, diplomatiya və informasiya meydanındakı məğlubiyyətinin acısını  çıxmaq və münaqişənin coğrafiyasını genişləndirmək  üçün məqsədi, düşünülmüş formada  dinc əhaliyə qarşı hərbi cinayətlər törətməkdədir: “Azğın düşmənin həyata keçirdiyi dəhşətli hərbi cinayətlərini ancaq  və ancaq insanlığa, bəşəriyyətə qarşı vəhşilik, qanlı terror aktı, əsl vandalizm və barbarlıq  kimi qiymətləndirmək olar. Çox təəssüflə qeyd etmək lazımdır ki, dünya birliyi azğın düşmənin bu vəhşiliyinı qınayıb, onun  bu vəhşilikdən geri çəkilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımlar ataması əvəzinə yenə də  göz yumub, susması  insanlarımızda  qəzəb və nifrət hissi oyadır.   Onsuz da Azərbaycan cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarımızda törətdiyi vandalizm hərəkətlərinin qisasını döyüş meydanında artıqlaması ilə alır. Düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Azğın düşmən qəhrəman ordumuzun qarşısında tab gətirməyərək mövqelərini qoyub qorxaqcasına qaçırlar.  Rəşadətli ordumuz Ali Baş Komandanın dediyi kimi azğın düşməni torpaqlarımızdan iti qovan kimi qovur. Ona görə də nə qədər imkanlar tam itməyib və azğın düşmən Azərbaycan tərəfinin ayağına düçməyib, özü xoşluqla   cənab Prezident İlham Əliyevin şərtlərini təcili qəbul edib, işğalçı ordusunu  torpaqlarımızdan çıxartmaısna razılıq verisn. Odur ki, düşmən cənab Ali Baş Komandan İlham Əliyevin  sülh çağırışları ilə bağlı fürsətdən faydalansın. Döyüş, diplomatiya meydanında qalib olmasına baxmayaraq Azərbaycan Prezidenti  hər zaman sülhsevərliyini nümayiş etdirərək, məsələni danışıqlar yolu ilə həllinə  razıdır. Azərbaycan Prezidenti  daha çox insan tələfatına yol verilməməsi üçün belə humanist addımlar ataraq, qarşı tərəfə imkanlar yaradır. Amma azğın düşmən  bundan hələ də nəticə çıxarmır. Əks təqdirdə gec olacaq.  O zaman diz çöksələr də nəticəsi olmayacaq. Qəhrəman Azərbaycan ordusu döyüş meydanındakı şücaəti, qəhrəmanlığı   nəticəsində   torpaqlarımız son qarışınadək işğaldan azad olunacaq.
Qəsbkar Ermənistandan fərqli olaraq Azərbaycanın əsas hədəfi ərazi bütövlüyünü təmin edib, bölgədə sülhü bərqərar etməkdir. Azərbaycanən hər hansı ölkənin torpağında gözü olmadığı üçün apardığı mübarizə də haqq  uğrunda xilaskarlıq mübarizəsidir. Ona görə də Ali Baş Komadanın liderliyi altında qəhrəman ordumuzun həyata keçirilən xilaskarlıq və sülhə məcburetmə əməliyyatı tezliklə qələbə çalacaq.  Bu yolda Ali Baş Komandana və ordumuza  uğurlar arzulayıram. Allah ordumuza yar və yardımçı olub,  müzəffər  etsin. Qarabağ Azərbaycandır! Haqq uğrunda mübarizədə qələbə Azərbaycanladır. Eşq olsun  başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla hər gün Azərbaycan xalqına qələbə sevincini yaşadan  müzəffər ordumuza!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki