image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_dc64cfb73b6acab9277b97b9b9100799_0zb2gnhak9y1mi58lqot-620x460backend

Deputat Ramin Məmmədov qazilərlə görüşdü – FOTO

image-728x90px

44 günlük Vətən müharibəsində gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq göstərərək tarix yazdılar.

Azərbaycan xalqına bu tarixi Zəfəri qazandıran Azərbaycan əsgəri ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir.

Tarixi Zəfəri bizə qazandıran gənclərə dövlətimiz böyük diqqət və qayğı ilə yanaşır. Ölkə rəhbərliyinin xüsusi həssaslıqla yanaşdığı qazilərimizin sağlamlığının qorunması və məşğulluğunun təmin olunması istiqamətində görülən işlər rəğbətlə qarşılanır.Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirir. Sabirabadda keçirilən növbəti belə görüşdə iştirak edən Hümbətov Amil, Məmmədov Vasif, İbişov Tahir, Şükürov Vüqar, Hacıyev Osman, Cümşüdov Sahib və Məmmədov Kənan dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğını xüsusi olaraq vurğulayıblar. Eyni zamanda görüşdə bəzi düşüncələrini və fikirlərini bölüşüblər. 

R.Məmmədov görüşdə qeyd edib ki, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Vətən müharibəsindən sonra da şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir.

R.Məmmədov görüşün ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynova, Muğangəncəli kənd sakini, Yazıçılar Birliyinin üzvü Rahil Məmmədə və İlqar Əliyevə dərin təşəkkürünü bildirib.

image-yenigundem_bf9cd21354edc98026bd15ef009d1db5_5a01ztmjsglox34wcyrf image-yenigundem_db5c966008c03ea2979e200db9e1a9b5_pzambo7wnqlvi5x4j18g image-yenigundem_a01993cc85770af32525bc1cd4304558_x1zeglf7ycvuqrm8p64w

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki