image-2000x150px
image-comp-versiya
image-13994936backend

Deputat toylar və metronun açılması ilə bağlı danışdı – VİDEO

image-728x90px
Toylarla bağlı qaydaları ÜST-ün tövsiyələrinə, digər ölkələrin təcrübəsinə və bu gün fəaliyyət göstərən restoranlardakı qaydalara istinad edərək hazırlayacaqlar. 

Bunu “ARB24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

“Hazırkı mərhələdə bunu təsnifat ilə dəqiq izah edə bilmərik. Çünki qaydalar hələ hazırlanır. Əvvəlki təcrübəni nəzərə alsaq, restoranlar üçün hazırlanmış standart qaydalara cavab verən şadlıq sarayları fəaliyyət göstərə bilərlər. Qaydalarda məsafə, yerlərin sayı məsələsi hazırlanır. Gözlənti odur ki, bu gün fəaliyyət göstərən restoranlarda olan qaydalar şadlıq saraylarında da tətbiq olunmalıdır. Lakin toyların keçirilməsinə əlavə qaydalar da daxil edilə bilərlər. Rəqs, musiqi məsələsi ilə bağlı qaydalara şadlıq evlərində əməl olunmalıdır. Toyda iştirak edənlərin sayında da məhdudiyyət olmalı və sosial məsafə gözlənilməlidir, – o bildirib.

Deputat onu da qeyd edib ki, Bakı metrosu əvvəlki qaydalarla fəaliyyət göstərməyəcək. O bildirib ki, metroya daxil olan insanların sayının tənzimlənməsi ilə onun fəaliyyətinə icazə verilə bilər:

“Gündəlik 400 nəfərin yoluxması az rəqəm deyil. Bu o demək deyil ki, artıq virus yoxdur və qadağaları aradan qaldıra bilərik. Metrolarda havalandırma sistemi mərkəzləndirilmiş olur. Ona görə də epidemioloqlar qeyd edirlər ki, bu məkanda yoluxma riski var. Düşünürəm ki, insanların metroya daxil olma sayını tənzimləməklə onu idarə etmək olar. Sevindirici haldır ki, Operativ Qərargah bu məsələnin üzərində işləyir. Bakı Nəqliyyat Agentliyi də yenə bütün imkanlarından istifadə edir ki, yerüstü nəqliyyatı inkişaf etdirsin və sıxlıq aradan qaldırılsın. Çünki insanların metrolarda sıx toplanması xoşagəlməz hadisələrə gətirib çıxara bilər”.

DOĞRU.AZ 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki