image-2000x150px
image-123
image-ads_atlas
image-modern-az_qenire_pasayeva-yeni_121backend

Deputat: “Toylara icazə verilməlidir”

image-728x90px

Milli Məclisin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkədə toyların keçirilməsinə və teatrların fəaliyyətinə icazə verilməsi məsələsinə toxunub.

“Doğru.az”-ın məlumatına görə, Qənirə Paşayeva teatrların fəaliyyətə başlamasının zəruri olduğunu da bildirib.

“İnsanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çoxlu insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar.

Teatrlar da qaydalara riayət etmək şərti ilə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir”, – deyə o söyləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki