image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_a9080ecc57ddefdea47f0138132f4b82_72vi1wmypn5az89kx4oh-620x460backend

Deputatın köməkçisi şəhidin məzarını ailəsini ziyarət etdi

image-728x90px

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş oğullarımızın ailə üzvlərini daima xüsusi diqqət mərkəzində saxlayır.

“Doğru.az” xəbər verir ki, növbəti dəfə deputatın köməkçisi Elçin Cahangirov bir qrup rayon ağsaqqalları və ziyalıları ilə birgə Vətən Müharibəsində şəhid olmuş Goranboy rayon Qaradağlı kənd sakini İsmayılov Əli Vaqif oğlunun 40 mərasimi günündə onun ailə üzvləri ilə birgə, şəhidin məzarını ziyarət etdi, şəhidin ailə üzvlərinə başsağlığı verdi. Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi Əli İsmayılov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanıb.

Elçin Cahangirov daha sonra şəhidin evinə gələrək onun ailə üzvləri ilə görüşüb, qayğıları, problemləri ilə maraqlanıb. Şəhidin ailə üzvləri dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki