image-n1karobka_ads
image-123
image-17628470251657236595_1200x630backend

DİN-dən xəbərdarlıq: “Mükafat qazandınız” mesajları onlayn tələdir

image-ad_qayo_720x110px

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələr və messencerlər vasitəsilə yayılan “mükafat qazandınız” tipli mesajlara inanmamağı tövsiyə edib.

Doğru.az xəbər verir ki, DİN-in yaydığı məlumatda bu cür bildirişlərin əksəriyyətinin fırıldaq xarakterli onlayn tələlər olduğu bildirilir.

Nazirlik qeyd edir ki, vətəndaşlara guya hansısa şirkət və ya bank tərəfindən “pul mükafatı”, “lotereya uduşu” və ya “kampaniya hədiyyəsi” vəd edən saxta keçidlər göndərilir. Bu linklərə daxil olduqda şəxsi məlumatlar və bank kartı məlumatları ələ keçirilir.

DİN vətəndaşlardan bu kimi hallarla üzləşdikdə polisə məlumat vermələrini və naməlum linklərə daxil olmamalarını xahiş edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki